«Türk dövlətlərinin ortaq əlifbasının və dilinin yaranması istiqamətində bir neçə məsələ var və onlar bir birinə qarışıb». Bunun «Vətəninfo»ya açıqlamasında professor Firudin Cəlilov bildirib: «Ortaq əlifba, ortaq dərslik ayrı ayrı problemlərdir. Ortaq əlifba var. 1991-ci ildə İstanbulda türk ölkələrinin tanınmış alimləri yığışdılar və ortaq əlifbanı qəbul etdilər. Həmin əlifbanı Azərbaycan Milli Məclisinə təqdim etdim və təsdiqləndi. Bu gün Azərbaycanda işlənən həmin ortaq türk əlifbasıdır. Dərslik məsələsinə gəlincə isə, 1992-ci ildə Bişkuk zirvə toplantısında qərara alındı ki, ortaq dərsliklər hazırlansın. Bakıya qayıdandan sonra dərsliyi proqrama salıb hazırlatdırdım. Türk ölkələrinin coğrafiyası dərsliyi çap olundu və məktəblərdə tədris edildi. Bu iş o zamandan yarımçıq qalıb. Bu təkcə Azərbaycana aid olan iş deyil. Gərək digər türk dövlətləri də müəyyən addımlar atsınlar. Digər türk dövlətləri də ortaq dərslikər yazmalıdır. Bu çox ciddi məsələdir, ortada siyasi iradə olmalıdır».
Əli Zülfüqaroğlu
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?