Azərbaycanda orta məktəb müəlliməsi qaçırılıb - FOTO

Azərbaycanda orta məktəb müəlliməsi qaçırılıb - FOTO

Hadisə Ağcabədi rayonunda baş verib.

Miq.az "Report"a istinadən  xəbər verir ki, rayon sakini, 22 yaşlı Ağayeva Fəridə Əsgər qızı işlədiyi məktəbdən evə gedərkən bir qrup gənc tərəfindən avtomobilə məcburi mindirilərək naməlum istiqamətə qaçırılıb. 
Qızın qaçırıldığını görən qardaşı müdaxilə etmək istəsə də, naməlum ona xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar. 
Ağayevlər ailəsi dərhal Daxili İşlər Nazirliyinin "102-Qaynar xəttinə" və Ağcabədi Rayon Polis Şöbəsinə məlumat veriblər. Hazırda Rayon Polis Şöbəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir. 
Faktla bağlı Ağcəbədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.3-cü (adam oğurluğu) maddələri üzrə cinayət işi başlanılıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az