Gəncədə sürücü ilə yol polisi arasında insident yaşanıb.
Sürücü Mehdi Əhməd oğlu Əliyev BAKU.WS-in bölgə muxbirinə bildirib ki, avqust ayının 19-u şəhərin Yeni Gəncə qəsəbəsi adlanan ərazisində 20 CR 669 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilini idarə edərkən Gəncə şəhər Dövlət Yol Polisi əməkdaşı (çavuş) Xəyyam Əsgərov adlı şəxs onu saxlayıb.
Heç bir səbəb göstərmədən sənəd tələb edib.
Sürücü buna etiraz etdikdə tərəflər arasında mübahisə yaranıb.
"Avtomobilimi idarə edərkən məni saxladı. Mən hansı əsasla məni saxlayırsan sualını verdim. Mənə "Dur"nişanında dayanmadığımı bildirdi. Mənsə yalan danışdığını və görüntünü göstərməsini xahiş etdim.

Bu zaman övladımın yanında pis söyüşlərlə şəxsiyyətimi təhqir etdi, əlində olan planşetlə qol nahiyəmə zərbələr endirdi.
Sonra telefonumu əlimdən aldı vəməni zorla post patrul avtomobilinə mindirdi.
Hətta yanındakı polis əməkdaşları məni buraxmasını və sənədlərimi qaytarmasını xahiş etdi. Lakin Xəyyam Əsgərov onlara məhəl qoymadı.
Məni "basdıracağını" dedi. Məsələ ilə bağlı 102 xidmətinə məlumat vermişəm.
Ayrıca Məhkəmə Tibbi Ekspertiza Komissiyasına getmişəm və onlardan rəy gözləyirəm", - deyə Mehdi Əliyev bildirib.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?