Azərbaycanda yeni nazirlik yaradılır- İki nazirlik ləğv edilir

Azərbaycanda yeni nazirlik yaradılır- İki nazirlik ləğv edilir

Azərbaycanda struktur islahatları çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ləğvi nəzərdə tutulur. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, ləğv ediləcək nazirliklərin bazasında Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin yaradılması layihəsi var: Aqrar sektorun priortitet elan edilməsi və eyni zamanda büdcə xərclərinin optimallaşdırılması iki nazirliyin birləşdirilməsini  zəruri edir. Yeni nazirlik daha operativ və çevik idarəetmə standartları əsasında qurulacaq".

Mənbənin məlumatına görə, başqa nazirlik və dövlət komitələrinin ləğvi və yenidən təşkili barədə təkliflər dəyərləndirilir. Güman ki, qərarlar ilin sonuna qədəe elan ediləcək.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az