Azərbaycanda yeni qurum təsis edildi – Qərar

Azərbaycanda yeni qurum təsis edildi – Qərar

Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı "Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Belə ki, Cəmiyyətin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Nazirlik üzrə mərkəzləşdirilmiş qaydada mədəniyyət obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni mədəniyyət obyektlərinin tikintisi ilə bağlı daxilolmaların 1,0 faizi, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilib.

Eyni zamanda qərarla MMC nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az