Azərbaycanda zəlzələnin gözlənildiyi bölgələr açıqlandı - SİYAHI

Azərbaycanda zəlzələnin gözlənildiyi bölgələr açıqlandı - SİYAHI

2016-cı il avqustun 1-nə olan proqnoza görə, Azərbaycanda 4 849 zəlzələ qeydə alınıb.

Miq.az report-a istinadən bildirir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli avqust ayının 1-də İmişlidə baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ilin ötən dövrü ərzində 3 və 3 baldan yuxarı olan 57 təkan olub: "Baş verən zəlzələlərdən 10-u hiss olunub".

Q.Yetirmişli bu il ərzində ölkə ərazisində seysmoloji cəhətdən aktiv olan bölgələrin adlarını da açıqlayıb: "Azərbaycanda ən aktiv zonalar Xəzər, Şamaxı, İsmayıllı, Böyük Qafqazın cənub şərq yamacı, Talış dağlarıdır. Bir müddət əvvəl Şamaxıda Pirqulu ərazisində bir gün ərzində də 93 təkan qeydə alınmışdı".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az