Azərbaycanın axtarışa verdiyi İsveç vətəndaşı Fələstində saxlanılıb

Azərbaycanın axtarışa verdiyi İsveç vətəndaşı Fələstində saxlanılıb
Azərbaycanda axtarışda olan əcnəbi xaricdə tutulub.
 
"Report”un xəbərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə "İnterpol” xətti üzrə beynəlxalq axtarışda olan İsveç vətəndaşı 49 yaşlı Milhem Basem Fələstində saxlanılıb.
Onun Azərbaycana ekstradisiya olunacağı gözlənilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az