Azərbaycanın şəhid oğlu dəfn olundu - FOTOLAR
Silahlı Qüvvələrimizin hərbi qulluqçusu şəhid Bəşirov Fikrət doğulduğu Şahağacı kənd qəbirstanlığında dəfn olunub.
Bu gün şəhidin tabutu Şahağacı kəndindəki evlərinə gətirilib. Şəhidlə vida mərasimindən sonra o, torpağa tapşırılıb.
Məlumata görə, dəfn mərasimində rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.
Şəhid Astaranın Şahağacı kənd qəbiristanlığında yayılım atəşi ilə son mənzilə yola salınıb
Fizuli istiqamətində ermənilərin növbəti təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçu F.Bəşirov müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.
Qeyd edək ki, F. Bəşirov müddətdən artıq hərbi qulluqçudur. Onun qız övladı beş gün əvvəl dünyaya göz açıb.
Allah rəhmət eləsin!
Miq.Az