Azərbaycanın tanınmış vəkili axtarışa verildi-İnterpol
Məşhur verilişlərin eksperti İnterpolla axtarışa verildi
Miq.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 1960-cı il təvəllüdlü Rəna Həsənli dələduzluqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib, saxlanılması üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, R. Həsənli vəkillik fəaliyyəti ilə məşğul olub. O, həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyevin hüquqlarını da müdafiə edib.
Miq.az "Qafqazinfo”-ya istinadən xatırladır ki, Rəna Həsənli aparıcı Zaur Baxşaliyevin aparıcı olduğu "Toy olsun”, "Ümid var” kimi verilişlərdə ekspert qismində iştirak edib.
Miq.az