Azərbaycanlı aktrisa erməni filmində baş rol oynadı

Azərbaycanlı aktrisa erməni filmində baş rol oynadı
1988-ci ildə Ermənistanda baş vermiş zəlzələdən bəhs edən Sarik Andreasiyanın çəkdiyi "Zəlzələ” filmində azərbaycanlı aktrisa Səbinə Əhmədova da rol alıb.

Miq.az  Lent.az-a istinadən xəbər verir ki, Səbinə filmdə Qayane obrazını canlandırıb.

Məlumata görə, bu Səbinə Əhmədovanın ermənilərlə ilk əməkdaşlığı deyil. Bundan əvvəl o, "erməni genosidindən bəhs edən başqa bir filmdə ana rolunda yer alıb.

Səbinə Əhmədova əslən bakılıdır. 1981-ci ildə anadan olub. Atası Gülbala Əhmədov ixtisasca mühəndisdir. O, 90-cı illərdə ailəsiylə bərabər Moskvaya köçüb. Səbinə Moskva Sənət İnstitutunda təhsil alıb. O, Serqey Bezrukov, Dmitri Dyujev və Vladislav Qalkin kimi məşhur aktyorlarla birgə bir neçə rus filmlərində tərəf müqabil olub.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az