Azərbaycanlı hakerlər hücuma keçdilər

Azərbaycanlı hakerlər hücuma keçdilər

Vətəninfo.az  xəbər verir ki, ötən gün axşam saatlarında Azərbaycanın “Anti-armenia team” haker qrupu separatçı “Dağlıq Qarabağ respublikası”na qarşı kiber hücum həyata keçirib. Axar.az-ın məlumatına görə, bu barədə məlumat “Anti-armenia Team” haker qrupunun Feysbuk səhifəsində yerləşdirilib. Hücum nəticəsində qondarma rejimin bir sıra nazirliklərinin rəsmi saytı sıradan çıxarılıb. Sözügedən saytlarda haker qrupu tərəfindən hazırlanmış xüsusi foto yerləşdirilib. Fotoda son günlər cəbhə xəttində şəhid olan əsgərlərimizin adları və Ermənistan prezidenti Serj Sarkisyana ünvanlanmış müraciət yer alıb:

“Ey Sarkisyan! Bu gün erməni diverstant diz çökür qəhrəmanımın, əsgərimin önündə. Az qalıb, sən də diz çökəcəksən Ali Baş Komandanımın, əsgərimin, zabitimin, Azərbaycan xalqının önündə!”

Sıradan çıxarılmış saytlarda Azərbaycan Respublikasının Dövlət Himni də səsləndirilib. Xatırladaq ki, eyni qrupun hakerləri tərəfindən bir neçə gün əvvəl də Ermənistan prezidentinin rəsmi saytı (president.am) başda olmaqla, bir sıra dövlət saytları dağıdılmışdı. Bütün əlavə məlumatlar “Anti-armenia Team” haker qrupunun rəsmi saytı və Feysbuk səhfəsində yerləşdirilib. Sıradan çıxarılmış saytlar:

http://moh.nkr.am/ (Qondarma rejimin səhiyyə nazirliyi)

http://mnp.nkr.am/ (Qondarma rejimin ekologiya və təbii sərvətlər nazirliyi)

http://kashaman.moh.nkr.am/ (Qondarma rejimin ekologiya və təbii sərvətlər nazirliyi)

Mirror görüntüləri:

http://www.zone-h.org/mirror/id/22777316

http://www.zone-h.org/mirror/id/22777315

http://www.zone-h.org/mirror/id/22777317

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az