Azərbaycanlı hərbçi Sisyanda saxlanıldı - Erməni KİV

Azərbaycanlı hərbçi Sisyanda saxlanıldı - Erməni KİV
Dünən axşam saatlarında bir azərbaycanlı Sisyan (Qarakilsə-red.) rayonundakı erməni icmalardan birinə gəlib.
Bakupost.az xəbər verir ki, bu barədə erməni KİV-lər məlumat yayıb.
"Evlərdən birinə gələn azərbaycanlı erməni dilində danışırmış. Lakinb ev sahibi ondan şübhələnib və azərbaycanlı qaçıb. Hərbi geyimdə olan azərbaycanlı digər icmada yaxalanıb. Hazırda o, hüquq-mühafizə orqanlarının nəzarətindədir", -deyə məlumatda bildirilir.
Erməni mediası qeyd edib ki, azərbaycanlı hərbçi yolu azaraq Ermənistan tərəfə keçdiyini bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən ordumuzun iki hərbi qulluqçusunun ərazidə istiqaməti itirərək azdığını bildirib. Qeyd edilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az