Azərbaycanlı milyarder Krımda torpaq aldı

Azərbaycanlı milyarder Krımda torpaq aldı
"Lukoil” şirkətinin rəhbəri, azərbaycanlı iş adamı Vahid Ələkbərov Krımda 36 hektardan çox torpaq sahəsi alıb.

Vahid Ələkbərov 36.4 hektar torpaq üçün cəmi 163 milyon rubl (təxminən 2.2 milyon dollar) ödəyib.

Lakin Krımda torpağın sotunun bazar qiyməti nəzərə alınanda bu məbləğ olduqca aşağı hesab edilir. Bununla belə, V.Ələkbərov torpağı almaqla riskə gedir. Çünki Krıma qarşı ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyalar tətbiq edilib. Görünür, qiymətin nisbətən aşağı olmasının səbəbi də bu riskin nəzərə alınmasından irəli gəlir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az