Azərbaycanlı Naz şantaj edilib: "Prokurorluğa şikayət edəcəm" - FOTO
Türkiyədə evlilik verilişində məşhurlaşan azərbaycanlı qız Naz sosial şəbəkə şantaj edilib.
Naz «instagram» hesabında paylaşdığı «mustafamadanofficial» adlı profilin onun nömrəsini bir neçə yerdə yazdığını iddia edir.
O, məsələyə qanun çərçivəsində aydınlıq gətiriləcəyini yazıb. «Bu şərəfsiz mənin nömrəmi bir neçə yerə yazıb. Bunu prokurorluğa şikayət edəcəm. 2-3 şahid lazımdır ki, şantajin bədəlini ağır ödəsin».
Naz həmin şəxsin onu necə şantaj etdiyini yazmayıb. Amma gəncin Naza etdiyi hərəkət onun sosial şəbəkədəki izləyicilərinin etirazı ilə qarşılanıb./Missiya.az/
Miq.az