Bakı və Yerevanın 2 günlük Qarabağ danışıqları BAŞA ÇATDI

Bakı və Yerevanın 2 günlük Qarabağ danışıqları BAŞA ÇATDI

İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında danışıqlar başa çatıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yanvarın 29-da başlayan danışıqlar 2 gün davam edib. Ötən gün 7 saat danışıqlar aparan nazirlər bu gün də 3 saatdan artıq müzakirələr ediblər.

Görüşdə Minsk Qrupunun həmsədrləri ilə yanaşı, ATƏT sədrinin şəxsi nümayəndələri də qatılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az