Bakıda 19 yaşlı gənc itkin düşdü

Bakıda 19 yaşlı gənc itkin düşdü
Bakı şəhərində 19 yaşlı gənc itkin düşüb. 

Bu barədə Miq.az-a DİN-in mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, 14.12.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yaşayan Elxan İxtiyar oğlu Musayev bu il iyunun 24-də saat 14:00-15:00 radələrində evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Elxan Musayevi görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (012) 012-561-02-02 nömrəli şəhər, (055) 215-66-25, (055) 390-87-87 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur. 

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az