Bakıda avtobusun qapısından yıxılan sərnişin öldü

Bakıda avtobusun qapısından yıxılan sərnişin öldü
Hadisə 81 saylı avtobusda olub

Bakıda avtobusa minən sərnişin yıxılaraq ölüb. Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi "Daevoo" markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb.

Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev mayın 28-də orada ölüb. 

Daha bir yıxılma faktı Xəzər rrayonunda olub. Mayın 28-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində Nikolay Qryaznıroja evinin hasarından yıxılması nəticəsində aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib və orada ölüb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az