Bakıda gənc qız özünü 5-ci mərtəbədən yerə atdı

Bakıda gənc qız özünü 5-ci mərtəbədən yerə atdı
Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.
 
Miq.az-ın "Report”
a istinadən xəbərinə görə, hadisə Nobel prospektində yerləşən binanın həyətində baş verib.
1997-ci il təvəllüdlü (şərti adı) Hüseynzadə A.Ə qızı özünü yaşadığı mənzilin eyvanından yerə atıb. Beşinci mərtəbədən özünü yerə atan qız xoşbəxtlikdən sağ qalıb. O, orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
Vəziyyəti orta ağır kimi qiymətləndirilir.
 
Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az