Azərbaycanda istehlakçıların çaşdırılması hallarının qarşısı alınır.
Vətəninfo.az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 134, mənzil 21 ünvanında fəaliyyət göstərən “SİLA” MMC-yə məxsus mağazada aparılan yoxlama zamanı qanunsuz reklam üsullarından istifadə edilərək istehlakçıların seçim sərbəstliyinə təsir göstərilməklə onların çaşdırılmasına yol verildiyi müəyyən edilib.
Belə ki, mağazanın vitrin pəncərəsində “Bütün yeni sezon mallarına 25% endirim” məzmunlu reklam yerləşdirilsə də, mağazada həmin malların qiymətlərinə endirim tətbiq edilmədiyi aşkar olunub.
Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyənləşdirilib.
Bununla əlaqədar Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılıb.
Qanun pozuntusuna yol vermiş “SİLA” MMC barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib