Bakıda məmur nəvəsi məktəbə mühafizə ilə gəlir-Agentliyin sözçüsü

 Bakıda məmur nəvəsi məktəbə mühafizə ilə gəlir-Agentliyin sözçüsü

"Oğlumun sinifinə təzə bir qız gəlib. Bir vəzifəli şəxsin nəvəsidir. Məktəbə mühafizə ilə gəlir".

Bunu tanınmış jurnalist, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli öz facebook səhifəsində yazıb.

A.Nəcəfli əlavə edib ki, bu digər uşaqların da tərbiyəsinə mənfi təsir göstərir:

"Həmin mühafizə bununla bərabər dərsdə də oturur. Hətta sinif yoldaşlarını bu mühafizə ilə qorxudur da. Bu o məktəbdir ki, valideynləri məktəbin kandarından içəri bir addım buraxmırlar. Bəs olmaz!!! Məktəbin direktorundan tutmuş müəllimlərinə qədər heç kəs cınqırığını da çıxarmır. Direktor aydın məsələdir ki, nəyinsə müqabilində buna göz yumur, müəllimləri isə işdən çıxarılmadan qorxurlar!!! Bu da məktəblərdə bizim uşaqlara verilən tərbiyə!!!” – A.Nəcəfli qeyd edib.

Jurnalist məktəbin nömrəsini qeyd etməyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az