Bakıda möhtəşəm musiqi yarışı keçiriləcək

Bakıda möhtəşəm musiqi yarışı keçiriləcək

Vətəninfo.az  Qafqazinfo.az-a istinadən xəbər verir ki, mayın 21-də Heydər Əliyev adına Sarayda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi olan “Birinci ol” şüarı altında “Univiziya” tələbələrin II Beynəlxalq mahnı müsabiqəsinə start veriləcək.

Bu gün bu məqsədlə keçirilən mətbaut konfransında Gənclər və İdman nazirliyinin mətbuat katibi Samayə Məmmədova, nazirliyin rəsmisi Elnur Abdullayev və ATGTİ-nin sədri Şahin İsmayılov KİV nümayəndələrinə layihənin mahiyyəti haqda məlumat veriblər.
Azərbaycan da daxil olmaqla Avropa və Asiyanın 21 ölkəsini özündə birləşdirən beynəlxalq müsabiqədə Azərbaycanı “Univiziya” tələbələrin III mahnı müsabiqəsinin qalibi, ADA Universitetinin tələbəsi Günay Bədəlova təmsil edəcək.
“Univiziya” tələbələrin II Beynəlxalq mahnı müsabiqəsində 21 ölkə- Rusiya, İndoneziya, Xorvatiya, Pakistan, Braziliya, Şri-Lanka, Moldova, Argentina, Fransa, Kazaxstan, Vyetnam, Estoniya, Belarus, Serbiya, Yunanıstan, Qırğızıstan, İordaniya, Albaniya, Ukrayna, Macarıstan, Azərbaycan dövlətlərinin tələbə ifaçı və münsifləri iştirak edəcək.
 Müsabiqədə ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 12 bal verəcək. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi adını alacaq. İlk üç yerin qalibi pul mükafatı, qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin ümumi mükafat fondu 6000 Avro təşkil edir.
 Qeyd edək ki, 2013-cü ilin 21 iyun tarixdə ölkəmizdə ilk dəfə keçirilmiş “Univiziya” tələbələrin I Beynəlxalq mahnı müsabiqəsində  Rusiya, Belarus, Rumıniya, Almaniya, Polşa, Litva, Moldova, Estoniya, Yunanıstan, Albaniya, Azərbaycan, İndoneziya, Gürcüstan, Qırğızıstan, Qazaxstan, Tacikistan, Türkiyə, Pakistan, Meksika və Braziliya ölkələrində yerləşən 20 təhsil müəssisələrinin bakalavr və magistr pillərində təhsil alan 61 tələbə ifaçı və juri iştirak etmişdir.
 Mətbuat konfransının sonunda püşkatma mərasimi keçirildi.
 
II Beynəlxalq “Univiziya” Tələbə Mahnı Müsabiqəsində iştirak edən ölkələrin çıxış ardıcıllığı
1. Braziliya
2. Serbiya
3. Yunanıstan
4.Vyetnam
5. Rusiya
6. Pakistan
7. Argentina
8. Azərbaycan
9. Estoniya
10. İordaniya
11. Macarıstan
12. Moldova
13. Fransa
14. Xorvatiya
15. Ukrayna
16. Belarus
17. Şri-Lanka
18. İndoneziya
19. Qırğızıstan
20.Albaniya
21. Qazaxıstan
 
Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az