Paytaxt Bakıda qətl hadisəsi baş verib.
Hadisə Nobel prospekti, 110 ünvanında qeydə alınıb. Belə ki, Ağayev Elməddin Xanhüseyn oğlu və onun qardaşı Ağayev Niyaməddin idarə etdikləri "BMW” və "KİA” markalı avtomobillərlə Nobel prospekti ilə hərəkətdə olduqları zaman hələlik naməlum avtomobilin sürücüsü, 1965-ci il təvəllüdlü Qarayev Ələddin Malış oğlu ilə mübahisələri yaranıb.
Mübahisə zamanı Elməddin Ağayev bıçaqla E.Qarayevə xəsarət yetirib və o, hadisə yerində ölüb. Hər iki qardaş hadisəni görən motosikl sürücüsünü izləyib və onu beysbol ağacları ilə döyüblər. Hər iki şəxs hadisə yerindən qaçıb.
Dövlət Yol polisinin əməkdaşları Niyaməddin Ağayevi idarə etdiyi "KİA” markalı 90 NZ 849 dövlət nömrə nişanlı avtomobillə birlikdə saxlayıblar.
APA-nın əməkdaşı hadisənin bəzi detallarını öyrənib. İlkin məlumata görə, qətlə yetirilən E.Qarayev və Ağayev qardaşları arasında mübahisə Nobel prospektində yerləşən "Lion” kafesində yaranıb. Tərəflər münasibətlərinə aydınlıq gətirmək üçün küçəyə çıxıblar. Bu zaman Elməddin Ağayev özü ilə götürdüyü bıçaqla Ələddin Qarayevi qətlə yetirib.
Qeyd edək ki, Elməddin Ağayev "Lion” kafesinin sahibinin mühafizəçisidir. Qətlə yetirilən Ə.Qarayev isə adıçəkilən kafenin yaxınlığında yaşayırmış. E.Ağayev hadisə yerindən "Lion” kafesinin sahibinə məxsus "BMW X5” markalı avtomobillə qaçıb. Qətlə yetirilən Ələddin Qarayevin oğlu Əmrah Qarayev Nobel prospekti 110 ünvanında yerləşən "Lion” kafesində kafe sahibinin mühafizəçisi Elməddin Ağayevlə mübahisə edib, aralarında dava olub. Daha sonra Əmrah Qarayev kafenin yaxınlığındakı evinə gedib. Elməddin Ağayev və qardaşı Niyaməddin Ağayev bıçaqla silahlanaraq Əmrah Qarayevin yaşadığı evə gəliblər. Evin qarşısında tərəflər arasında növbəti dəfə dava düşüb. Elməddin Ağayev əlindəki bıçaqla Əmrah Qarayevin boğaz nahiyəsinə xəsarət yetirib. Əmrah Qarayevin atası Ələddin Qarayev evdən beysbol ağacı götürərək qapıya çıxıb və oğluna kömək etməyə çalışıb. Elməddin Ağayev onu da bıçaqlayıb. Ata və oğul xəstəxanaya aparılıblar. Ələddin Qarayev yolda ölüb, Əmrah Qarayev isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Hadisə zamanı Ələddin Qarayevin oğlunun Bəxtiyar adlı dostu da onun yanında olub. O, ata və oğulun bıçaqlandığını gördükdə özünə məxsus motosikletlə qaçmağa çalışıb. Lakin Elməddin və Niyaməddin Ağayev qardaşları onun təqib ediblər və yolda saxlayaraq döyüblər. Daha sonra Niyaməddin Ağayev "KİA” markalı 90 NZ 849 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən uzaqlaşıb. O, cinayət aləti sayılan bıçağı da özü ilə aparıb. Lakin dərhal verilən axtarışla avtomobil Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Elməddin Ağayev isə "Lion" kafesinin sahibinin "BMW X5" markalı avtomobili ilə qaçıb. Həmin avtomobil sonuncu dəfə Naximov küçəsində "Təhlükəsiz Şəhər" kameralarına düşüb, daha sonra isə gözdən yayınıb. Elməddin Ağayevin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, qətlə yetirilən Ələddin Ağayev yaralanan Əmrah Qarayevin toyuna hazırlaşırmış. Toy sentyabrın 30-na təyin olunmuşdu.


Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ