Bakıda sənədi tapılan erməni - Kimliyi məlum oldu - FOTO

Bakıda sənədi tapılan erməni - Kimliyi məlum oldu - FOTO

Bakıda Ermənistan vətəndaşına aid sürücülük vəsiqəsinin tapılması məsələsi ilə bağlı müəmma, deyəsən, çözülüb.
 
Bu gün Bakıda tapılan sürücülük vəsiqəsinin aprelin əvvəlində Qarabağda ölmüş polkovnik-leytenant Aleksan Arakelyana məxsus olduğu təsdiqlənib.
 
Miq.az virtualaz.org-a istinadən bildirir ki, erməni KİV-ləri həmin sürücülük vəsiqəsinin sahibinin aprelin 2-də Qarabağda gedən döyüşlərdə öldürülən podpolkovnik Aleksan Arakelyan olduğunu yazır.

Xəbər verildiyi kimi sürücülük vəsiqəsi Bakıxanov qəsəbəsində, Mehmandarov küçəsində tapılıb. Onu tapan şəxs sənədi hüquq-mühafizə orqanlarına təhvil verib. Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, sənədlə bağlı araşdırma aparılır.

Erməni KİV-ləri isə yazır ki, aprel döyüşləri zamanı 1982-ci ildə anadan olmuş podpolkovnik Aleksan Arakelyan da öldürülüb. Onun sənədlərinin və şəxsi əşyalarının fotoları internetdə yayılıb. Bunların arasında Arakelyana aid şəxsiyyət vəsiqəsi və hərbi bilet də var idi. İstisna deyil ki, Arakelyanın sənədləri arasında sürücülük vəsiqəsi də olub və sonda onu Bakı küçələrindən birində tapıblar.
 
Bakıda sənədi tapılan erməninin atası danışdı

 ANS-in məlumatına görə, bu barədə polkovnik-leytenantın atası Qevorq Arakelyan "Nyus.am" portalına danışıb.
 
Qevorq Arakelyan erməni mətbuatına sənədin aprel döyüşlərində həlak olan oğlu Aleksan Arakelyana məxsus olduğunu bildirib. "Bütün məlumatlar uyğun gəlir. Sürücülük vəsiqəsindən başqa azərbaycanlılar həmçinin bütün sənədlərini, saatını, pulunu, mənim Alikimin maşınının açarlarını götürüblər", - deyə Qevorq Arakelyanı bildirib.
 
Ermənistan vətəndaşına məxsus sənəd Bakının Sabunçu rayonunda tapılıb. Sənəd Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 8 ünvanının qarşısında, orada yaşayan sakin tərəfindən tapılıb və Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə verilib.
 
Sənədin Ermənistan vətəndaşı, 1982-ci il təvəllüdlü Aleksan Arakelyana məxsus olduğu bildirilir. Sürücülük vəsiqəsi Aleksan Arakelyana 27 avqust 2014-cü ildə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən verilib. Sürücülük vəsiqəsi "RG 052597” nömrəli BC kateqoriyalıdır.
 
Miq.az bir daha xatırladır ki, Ermənistan vətəndaşına məxsus sənədin tapılması faktı Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətindən təsdiqlənib. Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, Bakıda Ermənistan vətəndaşına məxsus sənədin tapılması barədə hazırda araşdırmalar aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az