Bakıda təcili yardım maşını qəzaya düşdü: 6 yaralı - Foto

Bakıda təcili yardım maşını qəzaya düşdü: 6 yaralı - Foto

Bakının Kürdəxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Miq.Az Musavat.com-a istinadən xəbər verir ki, təcili yardım maşını ilə "Opel" markalı avtomobil toqquşub.

Qəza nəticəsində təcili yardım maşınının sürücüsü və təcili yardımın iki xanım əməkdaşı yaralanıb. "Opel" markalı avtomobildə olan üç nəfərin isə daha ağır xəsarətlər aldığı bildirilir.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya səbəb "Opel" markalı avtomobilin yanlış manevr etməsi olub. Belə ki, "Opel" markalı avtomobilin sürücüsü qoşa xəttdən yolun əks istiqamətinə dönmək istəyən zaman sürətlə gələn təcili tibbi yardım maşını ona çırpılıb.

Yaralılar xəstəxanaya çatdırılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az