Bakıda xəstəxandan çıxaraq itkin düşmüş gənc qadın tapılıb

Bakıda xəstəxandan çıxaraq itkin düşmüş gənc qadın tapılıb

Bakıda itkin düşmüş 29 yaşlı qadın tapılıb.

"Miq.Az"ın xəbərinə görə, hadisə dekabrın 21-də saat 18 radələrində paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü N.Məlikova müalicə olunduğu xəstəxandan çıxaraq itkin düşüb.

Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirləri nəticəsində N.Məlikova tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az