Sərnişin və yük lokomotivlərinin yenilənməsi istiqamətində 2016-2018 illər proqramına əsasən dəmiryol nəqliyyatında yenidənqurma işlərinə start verilib.
Vətəninfo.az ANS TV-yə istinadla xəbər verir ki, bunun üçün artıq Bakıya bu il ikimərtəbəli qatar gətirilib. Yeni qatarların hərəkəti üçün energetika və rabitə, siqnalizasiya xətləri yenilənir. Bu işlər isə Böyük- Kəsik stansiyasından başlayaraq Bakıya qədər həyata keçirilir. Yenilənən dəmiryol xətti bir dispetçer pultu vasitəsilə idarə olunacaq. Bu işlərdən sonra 50 ədəd dəyişən cərəyanlı yük və sərnişin lokomotivlərini də dəmiryol relslərində görmək olacaq.
“Azərbaycan Dəmiryolları”Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun dediyinə görə, bütün bu işlər çərçivəsində gələn il Qazaxıstandan 10 ədəd manevr tipli teplovoz gətiriləcək ki, onlar da yalnız stansiyalar arasında fəaliyyət göstərəcək.
Bundan əlavə, ölkəyə 300 ədəd yeni yük vaqonları gətirilib. Daha 30 ədəd Avropa standartlarına cavab verən sərnişin vaqonlarının gətirilməsi nəzərdə tutulur. Bu işlər başa çatdırılandan sonra, gələn il Türkiyəyə sürətli qatar vasitəsilə gedib-gəlmək mümkün olacaq.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF