Bakının bu küçələrində işıqforlar işləmir - ÜNVANLAR

Bakının bu küçələrində işıqforlar işləmir - ÜNVANLAR
Gecə saatlarında müşahidə edilən yağışla əlaqədar olaraq paytaxt ərazisindəki bəzi yol kəsişmələrindəki işıqforların işində problemlər yaranıb.

Bu barədə Miq.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda 9 küçə və prospekt kəsişməsində işıqforlar işləmir.

1. H.Zərdabi küçəsi-A.Abbasov küçəsi

2. Azadlıq prospekti-N.Gəncəvi küçəsi

3. 28 may küçəsi-A.Puşkin küçəsi

4. A.Puşkin-Ə.Xəqani küçəsi5. Azadlıq prospekti-Y.V.Çəmənzəminli küçəsi

6. Azadlıq prospekti-M.Araz küçəsi

7. M.K.Atatürk prospekti-M.Araz küçəsi

8. Azadlıq prospekti-M.Mirqasımov küçəsi

9. Ş.İ.Xətai prospekti-N.Quliyev küçəsi

İşıqforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az