Sabahdan "Bakmil" stansiyasına giriş-çıxış müvəqqəti məhdudlaşdırılır.
Miq.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, "Bakmil" stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirləri çərçivəsində oktyabr ayının 6-dan etibarən günün müəyyən saatlarında stansiyaya giriş-çıxış müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq: "Sərnişinlər 8:20-dən 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilməyəcəklər. Bu məhdudiyyətlər 2018-ci il avqust ayının 8-dən mərhələlərlə tətbiq edilir. Məqsəd stansiya ərazisində təmir işlərini aparan işçilərin təhlükəsizliyinin təmin edilməsidir və zərurət məhz bu tələbdən yaranıb".
B.Məmmədov bildirib ki, Bakı metropoliteninin yeganə yerüstü stansiyası olan "Bakmil" stansiyasının uzunmüddətli istismarı dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğularının yenilənməsi, həmçinin digər infrastrukturun təmir-bərpası və yenidən qurulması günün zəruri tələbidir.
Günün qeyd edilən saatları ərzində (8:20-17:00) sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur. Onu da əlavə edək ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, "Bakmil" stansiyasına sərnişinlərin giriş-çıxışının məhdudlaşdırıldığı vaxt ərzində, "Bakmil" və "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti fəaliyyət göstərir.
"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Elmar Vəliyevə məxsus Ticarət Mərkəzi satışa çıxarıldı: ŞOK QİYMƏT
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”