“Bank BTB”-nin əməkdaşları müştərini döydülər-Bakıda

“Bank BTB”-nin əməkdaşları müştərini döydülər-Bakıda

Azərbaycanda bu da oldu - Bank əməkdaşları müştəriyə hücum çəkib, döydülər

Zabrat qəsəbə sakini Rasim Budaqov "Bank BTB”-nin əməkdaşları tərəfindən döyülüb.

Hadisə ilə bağlı müraciət edən R. Budaqov bildirib ki, 2015- ci ilin sentyabrında yoldaşının əməliyyat olunması üçün sözügedən bankdan 2000 dollar kredit götürüb: "Hər ay 161 dollar yəni 170 manata qədər kredit qaytarırdım. Devalvasiyadan sonra isə aylıq borc artdı. Mən yenə də hər ay əvvəlki şəkildə, yəni 161 dollar borc ödəyirdim.

Ötən gün bankın əməkdaşı mənə zəng edib borcumu ödəmədiyimi dedi. Dedim ki, sistemə yaxşı baxın , əvvəlki qaydada ödəmişəm. Zəng edən şəxs mənlə kobud davrandı, olduğum ünvanı soruşdu. Üstündən 1 saat keçəndən sonra 5 nəfər bank əməkdaşı Zabratdakı dükanıma gəldi. 1 nəfər arxadan əllərimi tutdu. Zəng edən şəxs də məni vurdu. Sonra çıxıb getdilər.

Həmin şəxs polisə şikayətçi olmamağı bizdən istədi. Dərhal 102-yə zəng etdim. Ekspertizaya da getmişik. Hər ay kreditimi ödədiyim halda niyə bank əməkdaşı tərəfindən döyülməliyəm? Bu müştəriyə qarşı haqsızlıqdır”./Qafqazinfo.az/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az