Baydenin Əliyevə məktubunda Moskvaya mesajı

Baydenin Əliyevə məktubunda Moskvaya mesajı

Bayden Əliyevə məktubunda qeyd edir ki, Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir.

Bu qeyddə iki mesaj var:

Birincisi, Vaşinqton Bakıya "işğalçı Rusiya qarşısında Azərbaycanı dəstəkləyirik” mesajı verir və bununla ABŞ cəbhəsində yer almasını istəyir;

İkincisi, Vaşinqton Moskvaya "Azərbaycanın yanındayıq” mesajı verir.

Geosiyasi qarşıdurma Azərbaycanın hər iki cəbhə üçün önəmini artırır, istər enerji resursları, istər Cənubi Qafqazda güc balansı, istərsə Mərkəzi Asiya coğrafiyası baxımından. Və bu, Bakının manevr imkanlarını genişləndirir.(axar.az)

Asif Nərimanlı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az