BDU-nun yeni rektoru qohumlarına universitetdə yüksək vəzifə verdi

BDU-nun yeni rektoru qohumlarına universitetdə yüksək vəzifə verdi
Xəbər verdiyimiz kimi, ötən ayın əvvəlində Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Elçin Babayevin əmri ilə ali məktəbdə 2 yeni müşavirlik yaradılıb və həmin vəzifələrə təyinatlar olub.
 
Bunlar rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri və Ümumi məsələlər üzrə müşaviri vəzifələridir. Əliş Çoban oğlu Ağamirzəyev Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir, Fikrət Heydər oğlu Heydərov isə Ümumi məsələlər üzrə müşavir təyin edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, keçmiş polis əməkdaşı olan Fikrət Heydərov rektor Elçin Babayevin yeznəsidir.
Elçin Babayev daha bir qohumunu – II həyat yoldaşının bacısı Ləman Hüseynbəylini isə özünə köməkçi təyin edib.
Məsələ ilə bağlı BDU-nun mətbuat xidməti sözügedən məlumatı nə təkzib, nə də təsdiq etməyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az