Bələdiyyə sədrinin bacısı oğlu qazini o qədər döydü ki... - komaya düşdü

Bələdiyyə sədrinin bacısı oğlu qazini o qədər döydü ki... - komaya düşdü

Beyləqanda Vətən Müharibəsi qazisinin döyülməsi ilə bağlı polis tərəfindən araşdırma aparılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Brədə regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki,qazinin döyülməsi ilə bağlı Beyləqan rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təhqiqat Bölməsində araşdırmalara başlanılıb və ekspertiza təyin edilib.
 
Araşdırmanın nəticəsindən asılı olaraq Teymur Kərimovu döyən şəxsin Vüsal Abdullayev olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) ilə  qərar qəbul edilərək baxılması üçün müvafiq quruma göndərilib.
 
Qeyd edək ki, qazi T.Kərimovu döyən Vüsal Abdullayev Beyləqan rayonu İmamverdili kənd bələdiyyəsi sədrinin bacısı oğludur.
 
Zərərçəkmiş hadisə ilə bağlı Lent.az-a danışarkən döyülmə nəticəsində 1 gün komada qaldığını bildirmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az