Bərzani Türkiyəyə görə vəzifədən çıxarıla bilər

Bərzani Türkiyəyə görə vəzifədən çıxarıla bilər
İraq parlamenti Türkiyənin ölkənin şimalında əməliyyat aparmasına icazə verdiyi üçün Kürdüstan Regional Rəhbərliyinin sədri Məsud Bərzaniyə xəbərdarlıq edib.
Parlamentin xarici əlaqələr komissiyası Bərzani barəsində interpellyasiya (parlamentin hökumətdən və ya nazirdən hər hansı məsələ ilə bağlı rəsmi cavab istəməsi) qərarı verib. Qərarda deyilir:
"Komissiya Kürdüstan Bölgəsinin bombalanmasına icazə verdiyi üçün Məsud Bərzani haqqında interpellyasiya qərarı verib. Çünki Türkiyə Baş naziri Əhməd Davudoğlu türk qırıcılarının PKK mövqelərini bombalamasına Bərzaninin icazə verdiyini və əməliyyatların da bundan sonra reallaşdığını açıqlayıb”.
Parlamentin interpellyasiya istədiyi şəxsi nəticədən asılı olaraq vəzifədən kənarlaşdırma hüququ var.
Qeyd edək ki, rəsmi Bağdad Ankaranın İraqda apardığı əməliyyatlar barəsində mərkəzi hökumətə xəbər verməsinə tələb edir.
Axar.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az