Bəyanat: “Mən Meydan TV – yə müsahibə verməmişəm, onların heç bir əməkdaşını tanımıram və ...” – Video, Fotolar
Miq.Az saytına ARDNŞ törəmə şirəki olan "Oil and Gas ProServ” MMC-nin mühəndisi Aslanov Bəhruz Vidadi oğlunun BƏYANATI daxil olub. Miq.az heç bir əlavə etmədən bəyanatı diqqətinizə çatdırır:
"31 avqust 2016-cı il tarixdə "Oil and Gas ProServ” MMC-nin ofisinin qarşısında bir qrup iş yoldaşlarımızla 7 ay əməkhaqqımızı almamqla bağlı müəssisə rəhbərliyindən əmək haqqımızın istənilməsi ilə bağlı tələblər irəli sürmüşük. O cümlədən mən müəssisəmizin kuratoru "Nobel Oil Qrupun” vitse prezidenti Vüqar Səmədlinin və baş direktor Eldar Məhərrəmovun əməkhaqqımızın gecikdirilməsi ilə bağlı söylədiyi fikirlərin həqiqətə uyğun olmadığını söyləmişəm. Təəsüf hissi ilə qeyd edirəm ki Meydan TV adlı informasiya qurumu mənim 31 avqust 2016-cı il tarixində "Oil and Gas ProServ” MMC-nin ofisinnin qarşısında Vüqar Səmədli barəsində söylədiyim fikirləri 01 sentaybar 2016-cı il tarixdə cənab Prezident İlham Əliyevin "Şah Dəniz” yatağının açılışında söylədiyi fikirlərlə qarşılaşdıraraq guya mənim tərəfimdən cənab Prezidentin fikirlərinin təkzib edildiyi kimi təqdim etmişdir. Yalnız saxtakarlığı həyata keçirən şəxslər fraqmentin üzərindəki tarixləri silməyi unutmuşlar. Beləliklə, əvvəlcə cənab Prezidentin 01.09.2016-cı il tarixli çıxışını verdikdən sonra qeyri peşəkarlıqla saxtalaşdırılan və fraqmentin üzərində 31.08. 2016-cı il tarixi göstərilən səs yazımı vermişlər. Mən qətiyyətlə Meydan TV-nin saxtalaşdırma yolu ilə təqdim etdiyi fraqmentdə cənab Prezidentə qarşı söylənilmiş fikirləri rədd edirəm. Bildirirəm ki, mən Meydan TV adlı quruma müsahibə verməmişəm, onların heç bir əməkdaşını tanımıram və bu cür saxtalaşdırmaya qarşı öz etirazımı bildirirəm. Meydan TV-dən bu məlumatları təkzib etməsini tələb edirəm. Azərbaycan Respublikasının KİV haqqında qanununun müddəalarına əsaən kütləvi informasiya azadlığından sui-istifadə etmə halları yolverilməzdir. Təəsüf ki, Meydan TV mənim çıxışımı konteksdən çıxararaq tamamilə başqa bir istiqamətə yönəltmişdir”.
Maddə 10. Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şaiyələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.
Miq.az