Beynəlxalq Antiişğal Forumunun növbəti toplantısı olub
Beynəlxalq Antiişğal Forumunun (İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forum) Azərbaycan nümayəndəliyinin növbəti toplantısı olub.
Toplantıda Forumun üzvləri və Tatarıstan üzrə nümayəndəsi Sərraf Kərimov iştirak ediblər.
Toplantının gündəliyinə Milli Qurtuluş günü ilə bağlı , Forumun Azərbaycan nümayəndəliyinin fəaliyyəti ilə bağlı və cari məsələlər bağlı məsələlər daxil edilib.
Beynəlxalq Antiişğal Forumunun Azərbaycan təmsilçiliyinin sədri Akif Nağı, üzvlər Mehdi Mehdiyev, Akif Kərimov, Mehriban Abdullayeva, Əkbər Qoşalı, Vüqar Qədirov, Soltan Əzimzadə, Sərraf Orucov və Emin Həsənli 1988-ci ildən 1993-cü ilə qədər Azərbaycanda gedən proseslərə diqqəti yönəldərək xüsusi vurğulayıblar ki, müxtəlif dövlətlərin məkrli niyyətlərinin , planlarının həyata keçməsində böyük rol oynayan Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində yurd yerlərimizin itirilməsinin qarşısını məhz Heydər Əliyev kimi böyük siyasət adamı ala bilərdi.
O dövrdə əgər ulu öndər xalqın təkidli tələbi ilə dönməsəydi bu gün Azərbaycan Suriya, İraq və Əfqanıstan kimi poliqona çevrilərdi. Azərbaycanın bu gün çiçəklənən bir ölkəyə çevrilməsi məhz ulu öndər Heydər Əliyevin böyük əməyinin nəticəsidir.
Bu gün də cənab İlham Əliyev böyük Azərbaycanlı Heydər Əliyevin yolunun davam etdirir. O ümid vurgulandı ki, işğalda qalan torpaqlarımız yaxın bir zamanda işğaldan azad olunacaq. Onda ulu öndərin və şəhidlərimizin ruhu şad olacaq. Forum üzvləri Almaniyanın "Qondarma erməni soyqırımı” ilə bağlı qəbul etdityi qərarla bağlı narazılıqlarını, narahatlıqlarını bildirərək hər zaman Türkiyənin yanında olduğumuzu vurğulayıblar.
Almaniya kimi bir dövlətin vaxtilə soyqırım törətməsini unutmasını, Xocalıda baş verən soyqırıma səssiz qaldığına diqqəti yönəldərək tarixçilərin görəcəyi işə bir dövlətin münasibət bildirməsinin doğru olmadığını qeyd ediblər. O da bildirilib ki, bu yanlışlığın düzəldilməsi gec deyil və Almaniya məsələyə münasibətini dəyişəcək.
Bu günlərdə Türkiyədə baş verən terror hadisələrinə diqqət yönəldən Forum üzvlərindən Radə Abbas, Mətanət Əsgərqızı, Firuzə Əsədullayeva, Tahirə Məmmmədova, Naibə Behbudova, Cəsarət Hüseynzadə həlak olanların ailələrinə baş sağlığı verərək , yaralananlara tezliklə sağalmaqlarını arzulayıblar. O narahatlıq da bildirilib ki, bu gün Azərbaycanda torpaqların işğalda qalmasına və Türkiyədə ardıarası kəsilməyən terror hadisələrinə qərb ölkələri göz yumur. Yaxşı olar ki, nəhayət bu ayrı seçkilik aradan qaldırılsın. Onda dünyada əmin-amanlıq bərqərar olar.
Daha sonra Forumun Gəncə səfəri müzakirə olunub. Həmin tədbirdə qarşıya qoyulan məsələlərin həlli üçün görüləcək işlərlə bağlı tapşırıqlar verilib.
Miq.az