Beynəlxalq "Quran" Festivalı keçiriləcək

Beynəlxalq
 İyulun 11-də Rusiyanın paytaxtı Moskvada ilk dəfə Beynəlxalq "Quran" Festivalı keçiriləcək.
 APA-nın "rusnovosty.ru” saytına istinadən verdiyi məlumata görə, tədbirdə təkcə müsəlmanlar deyil, islam incəsənəti, ədəbiyyatı, müsəlman qadınının geyimi ilə maraqlanan digər dinlərin nümayəndələri də iştirak edə biləcək.
Festival Ramazan bayramı ərəfəsində başlayır. Mədəni və maarifləndirmə tədbiri bir həftə müddətində Moskvadakı İslam Mədəniyyət Mərkəzində keçiriləcək. Tədbirə Azərbaycan, İran, Hindistan, Qazaxıstan, Tacikistan və Türkiyədən nümayəndələrin qatılması gözlənilir.
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az