Bakıda sərnişindaşımada optimallığın qaldırılması və xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində bəzi avtobus xətləri bağlanıb, bəzilərinin isə hərəkət istiqaməti dəyişdirilib.
Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. Onun sözlərnə görə, 3 qapılı iri tutumlu avtobusların bəziləri isə xidmətdən yığışdırılıb.
Xidmətdən yığışdırılan və hərəkət istiqaməti dəyişdirilən avtobusların siyahısını təqdim edirik:
14 marşrut 24 saylı xətt avtobusu ilə əvəz olunub.
20, 188, 53 saylı avtobuslar ümumiyyətlə ləğv edilib.
90 saylı avtobus 83 saylı avtobusla ləğv edilib.
86 saylı avtobus 29 saylı marşrutla əvəz olunub.
120 saylı avtobusda maşınlar təzələnib.
124 sayl avtobus 20-ci sahəyə qədər uzadılıb.
193 saylı marşrut şəhərin mərkəzindən çıxarılıb.
70 saylı avtobusun istiqaməti dəyişdirilib.
95 saylı marşrut xəttinin hərəkət istiqaməti “Xətai” metrosuna qədər qısaldılıb.
Namiq Həsənovun onu da bildirib ki, sərnişinnəqliyyatda təkmilləşdirmə işlərilə bağlı paralel hərəkət edən avtobuslar çıxarılıb. Onun sözlərinə görə, yaxın günlərdə Beynəlxalq Avtovağzal istiqamətində hərəkətdə olan avtobusların hərəkətində müəyyən dəyişdirilməsi aparılacaq.
Vətəninfo.az
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?