Binəqədidə bir ev bir neçə nəfərə satılıb - 50 nəfər şikayətçidir (VİDEO)

Binəqədidə bir ev bir neçə nəfərə satılıb - 50 nəfər şikayətçidir (VİDEO)

50-yə yaxın vətəndaş onlara satılan evlərin daha bir neçə nəfərə satıldığını iddia edir.

Söhbət Paytaxtın Binəqədi rayonu Atatürk prospekti 3078 a məhhələsində salınan 18 mərtəbəli yaşayış binasından gedir. Sakinlər deyir ki, bir neçə il əvvəl bu binadan mənzil alıblar. Ancaq evə köçmək məsələsi gələndə mənzilin bır neçə nəfərə satıldığı ortaya  çıxıb.

Zərərçəkmişlərin sözlərinə görə, mənzillərin onlara məxsus olduğunu sübut edən  bütün sənədləri qaydasındadır. Bu məqsələdə Korupsiyaya qarşı mübarizə idarəsinə və digər müvafiq orqanlara şikayyət ediblər. Hətta bunnula bağlı cinayyət işi də başlanıb.

Binanı tikən şirkətin rəhbərliyi ilə görüşən sakinlər onlara Xırdalan şəhərində  tikilən yeni yaşayış binasından mənzillər təklif olunduğunu ancaq, həmin evlərə köçmək istəmədiklərini bildiriblər. Sakinlər  tezliklə  məsələnin obyektiv  həllini  gözləyirlər.

Problemlə bağlı üz tutduq yaşayış binasını tikən ''Xudafərin'' MMC-nin Nobel prospketində yerləşən ofisinə. İçəri daxil olduqda çəkiliş qurupumuzu görən MMC-nin rəhbərliyi qapını bağlı saxlamağa üsdünlük verdi.

Sonra isə ''Xudafərin'' MMC-nin təssiscisi Anar Məmmədovla əlaqə saxladıq.

Miq.az "Xəzər Xəbər”-ə istinadən  A.Məmmədovun açıqlamasını və mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az