Aygün elə bir şou göstərəcək ki...

Aygün  elə bir şou göstərəcək ki...
Vətəninfo.az Axşam.az-a istinadla xəbər verir ki, Bakıda olan və vaxtını istirahətə sərf edən müğənni solo konsertə hazırlaşır.
İfaçının prodüseri Tolik tədbirin Nabranda baş tutacağını bildirib:
"Ramazan ayından sonra "Bir parça keks” adlı şou edəcəm. Maraqlı bir ideyam var. Səhnəyə gəlişi fərqli olacaq. Aygün xanım boyda maket formasında keks düzəltdirəcm. Onun içindən çıxacaq. Şounun sonunda isə bütün qonaqlara keks paylanacaq. Möhtəşəm bir gecə planlaşdırmışam".
Tolik xalq artistinin son zamanlar sosial şəbəkədən uzaqlaşmasına da münasibət bildirib:
"Aygün xanıma sosial şəbəkə heç vaxt maraqlı olmayıb. Nəsə yazırlar, söyürlər, deyirəm ki, silin. Deyir "Mən üç-dörd adama görə, Aygün Kazımova olmamışam ki”. Heç şəkil də paylaşmır. O, elə xırdalıqlara gedən deyil”.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az