Birinci müavinlə adamları Akif Səlimovu necə aldadır?

Birinci müavinlə adamları Akif Səlimovu necə aldadır?

Akif Səlimov hər an Administrasiyaya çağırıla və ondan izahat alına bilər

Bir neçə gün əvvəl Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun müşavirədə Yeni Azərbaycan Partiyasının ünvanına səsləndirdiyi ciddi ittihamlarla bağlı məlumat vermişdik.

Məlumatda qeyd olunur ki, Akif Səlimov hesabat yığıncağında YAP-dakı insanların 80 faizinin müxalifət işlədiyini deyərək ciddi səhvə yol verib. Həmçinin Administrasiyadan gələn nümayəndəni də doğru-dürüst təqdim etməyib.  Kuratoru “Bizim Akşin” kimi təqdim edən icra başçısı Akşin müəllimin ciddi narazılığı ilə qarşılaşıb.

Bizimxeber.az-a daxil olan məlumata görə, baş verənlərədən sonra Akif Səlimov bərk narahat olub. Hətta video çəkilişdə ciddi montaj işləri aparılıb və tapşırıq verilib ki,  orijinal variant tamam yox edilsin.  Amma buna baxamayaraq,  icra başçısının bu açıqlaması barədə administrasiyaya məlumat verilib. Bizimxeber.az-a daxil olan məlumata görə, Akif Səlimov hər an Administrasiyaya çağırıla və ondan izahat alına bilər.

Daha bir məlumata görə, müşavirədə baş verənlərin məbuata ötürülməsindən bərk narahat olan Akif Səlimov müavini Tofiq Mirzəyevi yanına çağıraraq bu məlumatların kim tərəfindən yayılmasını öyrənmək istəyib. Tofiq Mirzəyev də müşavirədə iştirak edən bir neçə nəfəri yanına çağıraraq onlardan şübhələndiyini bildirib.

Bizimxeber.az-a daxil olan məlumata görə, Akif Səlimov bu məlumatın elə müavini Tofiq Mirzəyevin adamları tərəfindən yayıldığını ehtimal edir. Odur ki, bunun araşdırılması işini də elə müavininə tapşırıb. Məlumata görə, rayon sakinləri ilə bütün görüşləri, onların problemlərini dinləmək işini Tofiq Mirzəyev həyata keçirir. Və bu günə kimi heç bir problemi həll etməyən T.Mirzəyev də bu yolla Akif Səlimovu laçınlıların gözündən salmaq niyyətindədir.

Məlumat üçün bildirək ki, RİH-in hüquqşünası Füzuli Tanrıverdiyev və RİH ümumi şöbəsinin müdiri Eldəniz Qasımov müavin Tofiq Mirzəyevin yaxın adamları sayılır. Onlar da sakinlərə ancaq yalan danışmaqla Akif Səlimovu gözdən salmaqla məşguldular… İcra başçısına “hər şey qaydasındadır” deyən bu şəxslər Akif Səlimov üçün ciddi problem yaradırlar.

Daha dəqiq təfərrüatlar barədə yaxın günlərdə sizə məlumat verəcəyik…

Bizimxeber.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az