"Bizə Qarabağ lazım deyil, heç müharibə tərəfdarı da deyiləm"-Robert Markaryan


"Bizə Qarabağ lazım deyil. Heç müharibə tərəfdarı da deyiləm. Hər şey siyasi rejimin çıxardığı oyunlardır. Xalq olaraq bezmişik artıq. Niyə kimlərə görə mənim ailəm əziyyət çəkməlidir? Bax elə onun dərdindən qardaşlarımla ailəmizi götürüb ölkədən çıxmışıq..." - Deyir, Robert Markaryan.

R.Markaryan 2000-ci ildən Rusiya Federasiyasının Tomsk şəhərində yaşayır. İki qardaşı ilə birlikdə şəhər bazarında çörək ticarəti ilə məşğul olub özlərini qane edəcək qədər pul qazanırlar. Onun sözlərinə görə qardaşlar ailəsi ilə birlikdə ölkələrindən sözün əsl mənasında qaçıb canların qurtarıblar:

"Dolanışıq səviyyəsi çox aşağıdır. Ölkə rəsmiləri bəyan elədikləri statistik rəqəmlər sadəcə dəhşətlidir. Əhali çox acnacaqlı vəziyyətdə yaşayır. Yerevandan başqa bütün rayon və şəhərlərdə demək olar ki infrastruktur yox səviyyəsindədir. İstilik enerjisi belə saatla verilir. Orada qalan ermənilər ya dövlət işində işləyənlərdir, ya da onların adamlarıdır" - R.Markaryan danışır.

Hərbi xidməti işğal altında olan Dağlıq Qarabağ ərazisində keçən Robert işğalçı ordudan yadigar kimi bədənində gəzdirdiyi işgəncə izlərinin olduğunu dilə gətirir:

"Divizionda olanda ora Yerevandan gələn rəsmilərə ac olduğumu, kifayət qədər yemək olmadığını dedim. Həmin axşam məni kazarmadan götürüb vəhşicəsinə döydülər. Dörd gün köməksiz qaldım. Sonra eşitdim ki, atamı və qardaşlarımı polisə aparıblar. Xidmətmin bitməsinə dörd ay qalmış dözə bilməyib hərbi hissədən qaçdım. Qardaşlarımın köməyi ilə sənəd düzəldib ölkədən qaçdıq..." -R.Markaryan bildirib.

İşğalçı rejimdən şikayətçi olan çörək taciri Qarabağ məsələsinə bir daha qayıdaraq, ölkəsinin işğalçı olduğunu qeyd edir:

"Ermənistanda hər kəsə məlumdur ki Qarabağ Azərbaycan torpağıdır. Bütün valideynlər övladının o ərazilərdə xidmət etməsinin əleyhinədir. Heç bir erməni istəmir ki övladı başqasının torpağında ölsün! Bizə Qarabağ lazım deyil. Hətta vaxtı ilə Qarabağda yaşayan ermənilər də bunu dilə gətirir. Bunlar heç öz ölkəsini təmin edə bilmir, nəyinki işğal edilən ərazilər... Ermənistanda əksər adamlar uşaqlarının xidmət yaşı çatanda məcburən borc-xərc edib ölkədən qaçırırlar. Buna nümunə kimi Rusiyanı göstərmək olar." - deir R.Markaryan.

O doğulduğu ölkəyə erməni hakimiyyətinin əməlləri səbəbindən nifrət etdiyi və buna görə Rusiyada da narahat olduğunu bildirib.

Xüsusi qeyd: Yuxarda yazdıqlarımı Rusiyada yaşayan dostumun danışıqları əsasında qeyd etdim.

Elgün Gəncimsoy



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az