BMT Təhlükəsizlik Şurası Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Sergeyevin ölkənin şərqində baş verən hərbi canlanma ilə bağlı müraciətindən sonra fövqəladə toplantı çağırıb.
Vətəninfo.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının noyabr ayı üçün başqanı və Avstraliyanın daimi nümayəndəsi Qeru Kuinlan toplantının bu günNew York vaxtı ilə saat 14:30-da (Bakı vaxtilə 19:30) keçiriləcəyini bildiirb.
Qeyd edk ki, Yuri Sergeyev BMT-də etdiyi çıxışında Rusiyanın Ukrayna sərhədinə çox sayda canlı qüvvə və ağır texnika topladığını deyib.
“Son hadisələrdən sonra məlum olur ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma hazırlaşır. Buna görə, BMT TŞ-nin ən qısa zamanda toplanması lazımdır”, - Yuri Sergeyev əlavə edib.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) da Yuri Sergeyevin iddialarını təsdiqləyib. Belə ki, qurum verdiyi açıqlamada bu gün Donetskin mərkəzindən 3 kilometr məsafədə yerləşən ərazidə naməlum 43 ədəd yük maşınıın təsbit edildiyini açıqlayıb. Bu yük maşınlarının 5-nin 120 millimetrlik hava mərmisi, 5 yük maşınının isə uzaqmənzilli raketlər daşıdığı məlum olub.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib