Bolu yanğını: Bələdiyyə sədrinin vəzifə verdiyi dayısı oğlu...

Bolu yanğını: Bələdiyyə sədrinin vəzifə verdiyi dayısı oğlu...
Bu gün Türkiyənin Bolu şəhərində yerləşən oteldəki yanğın nəticəsində 76 nəfərin ölümündə şəhərin Yanğınsöndürmə İdarəsi də günahlandırılır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat dərc olunub.

Bolu bələdiyyəsinin sədri Tanju Özcan otelin müraciəti əsasında Bolu Bələdiyyəsi Yanğınsöndürmə İdarəsi tərəfindən verilən yanğın kvalifikasiya sertifikatının 22 noyabr 2007-ci il tarixli olduğunu, bundan başqa binaya yanğınla bağlı hər hansı tədbirlər görülməsinə dair heç bir hesabat verilmədiyini bildirib.

O, oteli yoxlamaq səlahiyyəti və vəzifəsinin Mədəniyyət və Turizm Nazirliyinə məxsus olduğunu vurğulayıb.

Türkiyə mətbuatının məlumatına görə, şəhərin Yanğınsöndürmə İdarəsindən Tanju Özcanın dayısı oğlu Sədat Gülər məsul olub və sözügedən vəzifəyə də onu Tanju Özcan təyin edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az