BP İranda ofis açmağı planlaşdırır - İran üçün yeni neft dönəmi

BP İranda ofis açmağı planlaşdırır - İran üçün yeni neft dönəmi
Britaniyanın neft nəhəngi BP İranda ofis açmağı planlaşdırır.

AzNews.az "The Wall Street Journal”a istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin rəhbəri Rüknəddin Cavadi məlumat verib.

Bildirib ki, BP İrana yeni texnologiyalar və sərmayə gətirmək niyyətindədir. Britaniya şirkətindən isə bu qərara şərh verilməyib. 

Qeyd edək ki, BP rəhbəri Bob Dadli bundan öncə İrana investisiya qoyuluşunda ehtiyatla davranırdı. O, bu yaxınlardakı çıxışı zamanı bildirmişdi ki, onun şirkəti "imkanları diqqətlə seçəcək”. İrana geri qayıtmaq istiqamətində addım atan digər qərb neft şirkətləri asırasında Avstriyanın "OMV” və Fransanın "Total SA” şirkətlərinin də adı çəkilir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az