Bu bitki kişilərin gücünü artırır - 7 FAYDA
Sağlam həyat tərzi keçirən və sağlam qidalanan insanlar qida rasionlarında bu bitkidən müntəzəm olaraq istifadə edir.
Bu göyərti növündə B və C qrupu vitaminləri, tokoferollar, maqnezium,
kalium, kalsium, dəmir, mis, sink, selenium və bir çox digər faydalı
maddələr mövcuddur. Aruqula və ya roka adlanan bu göyərtinin 7 əsas
faydalı xüsusiyyəti var ki, bu səbəbdən də onu gündəlik qida rasionunuza
daxil etməyiniz məsləhət görülür.
Vətəninfo.az saglamolun.az-a istinadən aruqulanın (roka) faydalı xüsusiyyətlərini təqdim edir:
1. Hələ qədim Roma dövründən aruqula güclü afrodizyak hesab olunurdu və
bu səbəbdən də onu kişilərdə enerji və gücün artırılması üçün salatlara
əlavə etmək tövsiyə olunur.
2. Bu göyərtidən müntəzəm istifadə metabolizmi normallaşdırır, həzm
traktını yaxşılaşdırır və əsəb sistemini gücləndirir. Bu xüsusiyyətlər
sayəsində özünüzü daha yaxşı hiss edəcək və daha gənc görünəcəksiniz.
3. Hesab edilir ki, aruquladan xərçəng xəstəliklərinə qarşı profilaktik
vasitə kimi istifadə etmək olar. Həmçinin qan damarlarını möhkəmləndirir
və qanda xolesterin səviyyəsini azaldır.
4. Hamilələrdə mikroelementlərin çatışmazlığını kompensasiya etmək üçün
bu məhsuldan istifadə etmək məsləhətdir. Eyni zamanda süd verən analar
da laktasiyanı artırmaq üçün bundan faydalana bilərlər.
5. Erkən yaşlarından bu göyərtini uşaqların salatlarına əlavə edin. Bu,
uşaqlarda immunitetin və sümük sisteminin güclənməsini təmin edir.
6. Qastroenteroloqlar mədə xorası və qastritin müalicəsi zamanı
aruguladan istifadəni məsləhət görürlər. Bu bitki mədə divarlarını
mühafizə etmək və gücləndirmək xüsusiyyətinə malikdir.
7. Diyetdə olanlar üçün ideal qidalardan biridir: bu göyərtinin 100 qramı cəmi 25 kilokaloridir.
Aruqula alarkən onun yarpaqlarının ölçüsünə diqqət edin. Yapraq nə qədər
balaca olsa, bir o qədər acı olacaq. Bu göyərtidən hazırlanan salatı
hazırlandıqdan dərhal sonra yemək lazımdır. Aruqula müxtəlif pendirlərlə
və qozla yaxşı uyğundur, ona görə də fantaziyanızı işə sala və
zövqünüzə görə faydalı salatlar hazırlaya bilərsiniz.
Aruqulanın, demək olar ki, heç bir əks göstərişi yoxdur. Ancaq
allergiyası olan və bu məhsula individual dözümsüzlüyü olan insanlar
ondan istifadə edərkən ehtiyatlı olmalıdırlar.