Bu bölgədə qar dizə çatdı - Foto

Bu bölgədə qar dizə çatdı - Foto

Gədəbəyin yüksək dağlıq bölgələrinə qar yağıb.

Bu barədə sözügedən rayonun sakinləri sosial şəbəkələrdə məlumat paylaşıb.

Məlumata görə, dünəndən başlayan qar ən çox Gədəbəyin Narzan kəndinə düşüb. Sözügedən kənddə qarın hündürlüyü 64 sm-i keçib. Rayon sakinlərinin sözlərinə görə, qış ayları ərzində belə qar yağmayıb.

Evlərin damı uçma həddinə çatıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi bu günə olan hava proqnozuna görə, Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə is qar yağacağı ehtimalı var.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az