“Bu dəmir yolu bizə milyardlar gətirəcək” - Paşinyan Zəngəzur dəhlizindən danışdı

“Bu dəmir yolu bizə milyardlar gətirəcək” - Paşinyan Zəngəzur dəhlizindən danışdı

Hazırda oxunan: "Bu dəmir yolu bizə milyardlar gətirəcək” - Paşinyan Zəngəzur dəhlizindən danışdı
"Bizə sağ qalmaq yox, yaşamaq lazımdır”.

Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu sözləri baş nazir Nikol Paşinyan Zəngəzur vilayətinə səfəri zamanı Meğri icmasının Nrnadzor kəndinin sakinləri ilə görüşündə bildirib.

"Bu dəmir yolu bizə zərər verməyəcək, əksinə, bizə milyardlarla mənfəət, təhlükəsizlik, suverenlik, ərazi bütövlüyü, yurisdiksiya və qarşılıqlılıq gətirəcək", - deyə Nikol Paşinyan Meğridən keçən dəmir yoluna işarə edərək bildirib.

Qeyd edək ki, Meğri dəmir yolu Azərbaycanın israrla açılmasını istədiyi Zəngəzur dəhlizindən keçir. Bu yolun aşılması ilə Azərbaycanın Qərb rayonlarının Naxçıvan MR-lə əlaqəsi təmin olunacaq. (Modern.az)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az