Bu erməni böyük ümidlə Şuşanın faktiki başçısı olmağa hazırlaşır...-FOTO
Biz nəyə ümid edək:"İnşallah, gələn yayı Şuşada, İsa bulağında dincələcəyik"?..
Xəbər verdiyimiz kimi, sentyabrın 8-də Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu erməni rejimi "bələdiyyə seçkiləri” keçirməyə hazırlaşır.
Moderator.az-ın əldə etdiyi yeni məlumata görə, Azərbaycan Respublikasının 27-ci(!) ildir işğal altında qalan Şuşa şəhərinin merliyi uğrunda 5 namizəd mübarizə aparır. Bunlar: Samvel Аğacanyan, Vladik Ambarsumyan, Artur Ayrapetyan, Xaçatur Ayriyan və Artsvik Sarkisyandır. Artıq təbliğat kampaniyasına başlamış namizədlərdən biri –Artur Ayrapetyan erməni saytına müsahibə verib. O, şəhərin faktiki başçısı seçiləcəyi təqdirdə Şuşanı müasir bir şəhərə çevirmək, orada turizmi inkişaf etdirmək və s. planlarından böyük ümidlə danışıb...
P.S. Ola bilər ki, Şuşanın faktiki meri məhz fotoda gördüyümüz erməni seçilə bilməz. Amma 9-10 gündən sonra həələlik qarşısını almaq iqtidarında olmadığımız "seçkilər”də hansısa digər erməni bu tarixi, mədəni şəhərimizin, mədəniyyət beşiyimizin Üzeyir, Xan yurdunu zəbt etmiş ermənilərin başçısı seçiləcək... Bütövlükdə işğal altında qalan digər bölgələrimiz kimi, əhalisi onlarla bölgəyə səpələnmiş, bir qarış da ərazisi olmayan Şuşa rayonunun de-yure icra hakimiyyəti isə yenə də Bakıdakı yaraşıqlı binadan idarə olunacaq...
Sultan Laçın