Bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçiriləcək

Bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçiriləcək

Milli Məclisin payız sessiyasının bu gün keçiriləcək ilk plenar iclasına 39 məsələ daxil edilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.
O, qeyd edib ki, ilk iclasda birinci məsələ kimi Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il payız sessiyasının qanunvericilik işləri planı müzakirə olunub, təsdiqlənməlidir.

"Gündəliyə daxil edilən 39 məsələnin əksəriyyəti isə qanunlara edilən əlavə və dəyişiklərlə bağlıdır. "Hərbi qulluqçuların statusu haqqında”, "Diplomatik xidmət haqqında”, "Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında”, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, "Qaz təhcizatı haqqında”, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, "Torpaq islahatı haqqında” qanunlara, Torpaq Məcəcləsinə, İnzibati Xətalar Məcəlləsinə, Mülkü Məcəlləyə və s. sənədlərə dəyişikliklərin edilməsi gözlənilir. Eyni zamanda, bəzi hökümətlərarası sazişlərin, bəyannamələrin təsdiq edilməsi ilə bağlı sənədlər də müzakirəyə çıxarılacaq. "Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi isə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az