Bu şirkət 250 milyon manatlıq tender uddu - Sahibi kimdir?

Bu şirkət 250 milyon manatlıq tender uddu - Sahibi kimdir?

Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi "Bakı Abadlıq Xidməti” MMC olub.

Miq.Az Yeniavaz.com-a istinadən xəbər verir ki, Xidmət təmir-tikinti, yenidənqurma, abadlıq və işıqlandırma sistemlərinin quraşdırılması işlərinə görə "Bakı Abadlıq Xidməti” MMC-yə 250 milyon manat ödəyəcək.

Nizamnamə kapitalı 10 min manat olan "Bakı Abadlıq Xidməti” MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Tağı Şahbazi, ev 8, m. 504-də yerləşir.

MMC-nin qanuni təmsilçisi Qasımov Binnət Əli Oqtay oğludur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az